Mərkəzimizin həm kişi, həm də, qadın zalında krossfit və ümumi fitnes məşqlərinə qatıla bilərsiniz. Krossfit Qreq Qlassman tərəfindən yaradılan fiziki hazırlıq sistemidir. Yüksək intensivlikdə məşqlər özündə ağır atletika, pauerliftinq, gimnastika, qaçış və s. kimi idman növlərindən hərəkətləri birləşdirir. Ümumi fitnes güc və yaxşı fiziki formanı qorumaq üçün nəzərdə tutulan proqramlardan ibarətdir. Fitneslə sürət, koordinasiya, dözümlülük və cəldliyinizi inkişaf etdirə biləcəksiniz.

Sağlam bədən sağlam qida ilə mümkündür. Bu yolda sizin ləzzət bələdçiliyinizi “HealthFit Kafe” öz üzərinə götürür. Ağır məşqdən sonra ləzzətli təamlarımızı dadmaqla enerjinizi sağlam şəkildə bərpa edin. Əminik, siz buna layiqsiniz.
Mərkəzimizin həm qadın, həm də kişi zalı effektiv məşq üçün gərəkli olan bütün vasitə və avadanlıqlarla təchiz olunub. Zaldakı avadanlıqlar məşhur Atletic, AkSpor, MuscleUp şirkətlərinin istehsalıdır.
Mərkəzimizdə müxtəlif yerli və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən, beynəlxalq təlimlərdə iştirak edən, təcrübəli məşqçi kolektivi fəaliyyət göstərir.
İbadətindən qalmaq istəməyən üzvlərimizi düşünərək, mərkəzimizdə namaz otaqlarına da yer vermişik. Hər bir lazımi şəraitlə təmin olunan təmiz və geniş otaqlarımızdan rahatlıqla istifadə edə bilərsiniz.
Məşq etməyə gələn üzvlərimizin rahatlığı üçün mərkəzimizin həyətində ödənişli parking zonası yaradılıb. Nəqliyyat vasitələrinizin təhlükəsizliyi bizə əmanətdir.
Ağır məşqdən sonra istirahət etmək istəyən kişilər üçün mərkəzimizdə sauna fəaliyyət göstərir. Burada siz məşq yoldaşlarınızla xoş söhbətlər edə və vaxtınızı səmərəli keçirə bilərsiniz.
Mərkəzimizdə qadınlara özəl olaraq, türk hamamı fəaliyyət göstərir. Bu, çətin məşq sonrası asudə vaxtınızı daha faydalı keçirməyiniz üçün əlverişli imkandır.
2-ci səviyyəli krossfit məşqçisidir. Reebok tərəfindən 2017, 2018, 2019-cu illərdə Azərbaycanın ən fit krossfitçisi adına layiq görülüb.
27 illik idman təcrübəsinə malikdir. Cüdo üzrə Dünya kubokunun, hərbçilərin Dünya kubokunun mükafatçısı, beynəlxalq turnirlərin qalibi, idman ustasıdır. 2014-cü ildən həvəskar olaraq, 2016-cı ildən peşəkar şəkildə Crossfitlə məşğuldur. Son 2 ildir ki, Azərbaycanda ən yaxşı fiziki hazırlıqlı Crossfitçi xanımdır.
AZ1065, Tbilisi pr., 1058, Yasamal rayonu, Bakı şəhəri, Azərbaycan Respublikası
+994 (50) 260-90-60
+994 (12) 530-90-60
İş saatları: 7/24