Daha sağlam və güclü ol

Buradasansa, başlamağa hazırsan!

Haqqımızda

Haqqımızda

Mərkəzimizin həm kişi, həm də, qadın zalında krossfit və ümumi fitnes məşqlərinə qatıla bilərsiniz. Krossfit Qreq Qlassman tərəfindən yaradılan fiziki hazırlıq sistemidir. Yüksək intensivlikdə məşqlər özündə ağır atletika, pauerliftinq, gimnastika, qaçış və s. kimi idman növlərindən hərəkətləri birləşdirir. Ümumi fitnes güc və yaxşı fiziki formanı qorumaq üçün nəzərdə tutulan proqramlardan ibarətdir. Fitneslə sürət, koordinasiya, dözümlülük və cəldliyinizi inkişaf etdirə biləcəksiniz.

Mərkəzimizin həm kişi, həm də, qadın zalında krossfit və ümumi fitnes məşqlərinə qatıla bilərsiniz. Krossfit Qreq Qlassman tərəfindən yaradılan fiziki hazırlıq sistemidir. Yüksək intensivlikdə məşqlər özündə ağır atletika, pauerliftinq, gimnastika, qaçış və s. kimi idman növlərindən hərəkətləri birləşdirir. Ümumi fitnes güc və yaxşı fiziki formanı qorumaq üçün nəzərdə tutulan proqramlardan ibarətdir. Fitneslə sürət, koordinasiya, dözümlülük və cəldliyinizi inkişaf etdirə biləcəksiniz.

Sağlam bədən sağlam qida ilə mümkündür. Bu yolda sizin ləzzət bələdçiliyinizi “HealthFit Kafe” öz üzərinə götürür. Ağır məşqdən sonra ləzzətli təamlarımızı dadmaqla enerjinizi sağlam şəkildə bərpa edin. Əminik, siz buna layiqsiniz.

Menyu

Uğurlu nəticə üçün hər bir vasitə

Üstünlüklərimiz

Müasir avadanlıqlar

Mərkəzimizin həm qadın, həm də kişi zalı effektiv məşq üçün gərəkli olan bütün vasitə və avadanlıqlarla təchiz olunub. Zaldakı avadanlıqlar məşhur Atletic, AkSpor, MuscleUp şirkətlərinin istehsalıdır.

Peşakar məşqçilər

Mərkəzimizdə müxtəlif yerli və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən, beynəlxalq təlimlərdə iştirak edən, təcrübəli məşqçi kolektivi fəaliyyət göstərir.

Namaz otaqları

İbadətindən qalmaq istəməyən üzvlərimizi düşünərək, mərkəzimizdə namaz otaqlarına da yer vermişik. Hər bir lazımi şəraitlə təmin olunan təmiz və geniş otaqlarımızdan rahatlıqla istifadə edə bilərsiniz.

Parkinq

Məşq etməyə gələn üzvlərimizin rahatlığı üçün mərkəzimizin həyətində ödənişli parking zonası yaradılıb. Nəqliyyat vasitələrinizin təhlükəsizliyi bizə əmanətdir.

Sauna

Ağır məşqdən sonra istirahət etmək istəyən kişilər üçün mərkəzimizdə sauna fəaliyyət göstərir. Burada siz məşq yoldaşlarınızla xoş söhbətlər edə və vaxtınızı səmərəli keçirə bilərsiniz.

Türk hamamı

Mərkəzimizdə qadınlara özəl olaraq, türk hamamı fəaliyyət göstərir. Bu, çətin məşq sonrası asudə vaxtınızı daha faydalı keçirməyiniz üçün əlverişli imkandır.

Effektiv məşq proqramı, peşəkar məşqçi nəzarəti – hədəfinizə çatmaq üçün daha artığına ehtiyac yoxdur!

Əlaqə

Məşqçilər

Zeynal Zeynalov
Baş məşqçi

2-ci səviyyəli krossfit məşqçisidir. Reebok tərəfindən 2017, 2018, 2019-cu illərdə Azərbaycanın ən fit krossfitçisi adına layiq görülüb.

Sima Hüseynova
Məşqçi

27 illik idman təcrübəsinə malikdir. Cüdo üzrə Dünya kubokunun, hərbçilərin Dünya kubokunun mükafatçısı, beynəlxalq turnirlərin qalibi, idman ustasıdır. 2014-cü ildən həvəskar olaraq, 2016-cı ildən peşəkar şəkildə Crossfitlə məşğuldur. Son 2 ildir ki, Azərbaycanda ən yaxşı fiziki hazırlıqlı Crossfitçi xanımdır.

Aynur Səfərova
Məşqçi

2 ildən çoxdur ki, peşəkar olaraq Crossfitlə məşğuldur. Crossfiti həyat tərzinə çevirərək, daim özünü inkişaf etdirir və daha effektiv məşq yolları axtarır.

Çiçək Mustafayeva
Məşqçi

İl yarımdır ki, Crossfitlə məşğuldur. Bu sahədə peşəkarlığını daha da artırmaq üçün daim öz üzərində çalışmaqdadır.

Şahin Rəhmanov
Məşqçi

Uşaq yaşlarından idmana böyük həvəslə yanaşıb. İdmanın bir çox növləri ilə: 2 il karate, 1 il uşu, 2 il böyük tennis, 1 il üzgüçülük və uzun illər bodibildinqlə məşğul olub. 3 ildən çoxdur ki, crossfit üzrə təcrübəli məşqçi kimi fəaliyyət göstərir.

Fuad Əliyev
Məşqçi

İdmana cüdo və boksla məşğul olaraq başlayıb. 2 ildir ki, crossfit və qaçış ilə məşğuldur. Bakı Marafon klubun üzvüdür. Azərbaycanda ilk dəfə keçirilən Güclü ol 1 və Güclü ol 2 crossfit yarışlarında 2-ci yerə layiq görülüb.

Fariz Əsgərov
Məşqçi

5 il ərzində boksla məşğul olaraq bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1 ildən çoxdur ki, crossfitlə məşğuldur. Daim özünü inkişaf etdirməkdə və təcrübəsini artırmaqdadır.

Emil Abbasov
Məşqçi

Uşaq yaşlarından bu yana yüngül atletika, ağır atletika, bouldering, powerliftinglə məşğul olub. 2 ildir ki, crossfitlə məşğuldur. Azərbaycanda keçirilən crossfit yarışmasının mükafatçısıdır. Xarici ölkələrdə təlim keçmiş azərbaycanlı atletlərdən biridir.

Fuad Məhərrəmov
Məşqçi

İdmana üzgüçülüklə başlayıb, yeniyetmə yaşlarında 2 il kikboksinqlə, sonralar Grappling Club-da grapplinglə məşğul olub. 2 ildən artıq müddətdir ki, crossfitlə məşğuldur. Azərbaycanın ilk crossfitçilərindəndir, daim xarici atletləri izləyərək, özünü inkişaf etdirməkdədir.

Kafemizə baş çəkmisiniz?

Sağlam bədən sağlam qida ilə mümkündür. Bu yolda sizin ləzzət bələdçiliyinizi “HealthFit Kafe” öz üzərinə götürür. Ağır məşqdən sonra ləzzətli təamlarımızı dadmaqla enerjinizi sağlam şəkildə bərpa edin. Əminik, siz buna layiqsiniz.

Menyu

Paketlər

Silver

  • 12 gediş - 45 gün
  • 8 gediş - 30 gün

Gold

  • limitsiz
  • 1 ay

Gold+

  • limitsiz
  • 3 ay

Platinum

  • limitsiz
  • 6 ay

Platinum+

  • limitsiz
  • 1 il

Yeniliklər

Əlaqə vasitələri

AZ1065, Tbilisi pr., 1058, Yasamal rayonu, Bakı şəhəri, Azərbaycan Respublikası

info@healthfit.az

+994 (50) 260-90-60
+994 (12) 530-90-60

B.e. - Ş. 7:00 - 22:00
B. 10:00 - 17:00

Əlaqə forması